"Qardaş məktəb layihəsi"

 

Xırdalan musiqi məktəbinin nümayəndə heyəti Türkiyəyə səfər edib

  

   Xırdalan Şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti Türkiyənin Manisa şəhərində səfərdə olub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən səfərdə nümayəndə heyəti "Qardaş məktəb layihəsi" çərçivəsində Manisa Gözəl Sənətlər və İdman Liseyi musiqi bölməsinin illik hesabat konsertində iştirak edib.

   Məktəbin direktoru İkram Manafovun qəzetimizə bildirdiyinə görə, konsertdə məktəblilərimiz geniş musiqi proqramı təqdim ediblər, onların çıxışları alqışlarla qarşılanıb. Səfər çərçivəsində İkram Manafov Manisa Gözəl Sənətlər və İdman Liseyinin müdiri Aylin Erçinlə görüşüb. Görüşdə tədris ocaqları arasında yaranmış əməkdaşlıq və yaradıcılıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

 

   Fariz Yunisli

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 10.